Bank Of Baku

İlin sonunadək Naxçıvanda əlil və şəhid ailələri üçün 36 fərdi yaşayış mənzili inşa olunacaq

İlin sonunadək Naxçıvanda əlil və şəhid ailələri üçün 36 fərdi yaşayış mənzili inşa olunacaq
# 09 iyul 2008 12:50 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Bu ilin sonunadək Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Vətən müharibəsi əliləri və şəhid ailələri üçün 36 fərdi yaşayış mənzili inşa olunacaq. APA-nın Naxçıvan bürosunun məlumatına görə, artıq bununla bağlı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi regionun bölgələrində ikiotaqlı fərdi yaşayış evlərinin tikintisi üçün təkliflər sorğusu elan edib. İnşa işlərinə isə avqust ayından başlanılması nəzərdə tutulur. Mənzillərdən 30-u Naxçıvan MR-in 7 rayonu üzrə kənd yaşayış məntəqələrində, 5-i Naxçıvan şəhərində, 1-i Kəngərli rayonunun Qıvraq qəsəbəsində inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR