Bank Of Baku

Təhsil Nazirliyində Azərbaycanda peşə təhsilinin vəziyyəti ilə bağlı tədbir keçirilib

Təhsil Nazirliyində Azərbaycanda peşə təhsilinin vəziyyəti ilə bağlı tədbir keçirilib
# 09 iyul 2008 16:01 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Təhsil Nazirliyində Azərbaycanda peşə təhsilinin vəziyyəti və problemləri ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, nazir Misir Mərdanov peşə təhsili məktəblərinin maddi-texniki bazasının aşağı səviyyədə olduğunu bildirib: “Son 20-25 ildə bir dənə olsun yeni peşə məktəbi tikilməyib. Hazırda ölkədə cəmi 114 peşə məktəbi fəaliyyət göstərir, onların da çoxunun yalnız adı var”. Nazir bu məktəblərdə çalışanların və onların proqramlarının da müasir tələblərə cavab vermədiyini, bu sahənin inkişafı üçün bir sıra islahatlara və beynəlxalq təcrübəyə üstünlük verilməli olduğunu vurğulayıb: “Bu tədris ilində Qəbələdə yeni peşə məktəbi açılacaq. Burada atletizm və turizm üzrə kadrlar hazırlanacaq”. Sonra nazirliyin şöbə müdiri Namiq Məmmədov peşə təhsilinin bugünkü vəziyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib və bu sahənin inkişafına dair təkliflər dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR