Bank Of Baku

Bakıda “Müstəqil məhkəmə sistemi və qanunun aliliyi” mövzusunda seminar keçirilib

Bakıda “Müstəqil məhkəmə sistemi və qanunun aliliyi” mövzusunda seminar keçirilib
# 10 iyul 2008 11:50 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Bakıda USAİD, ABA Celli və ABŞ səfirliyinin təşkilatçılığı ilə “Müstəqil məhkəmə sistemi və qanunun aliliyi” mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, seminarda çıxış edən ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi bildirib ki, demokratiya özündə söz azadlığı, aktiv siyasi proseslər, qanunun aliliyi kimi müddəaları ehtiva edir: “Bu gün Azərbaycanın təbii resursları ölkə iqtisadiyyatının sürətli inkişafına gətirib çıxarıb. Bu kontekstdə Azərbaycanın regionun lider dövlətinə çevrilməsində məhkəmə sisteminin müstəqilliyi mühüm rol oynayır”. Seminarda Nyu-York Apellyasiya Məhkəməsinin ikinci instansiya hakimi Con Uolker çıxış edərək, iştirakçılara ölkəsinin məhkəmə sisteminin tarixi və mövcud durumu barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR