Bank Of Baku

Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının nümayəndə heyətini qəbul edib

Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının nümayəndə heyətini qəbul edib
# 10 iyul 2008 11:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə subregional bürosunun direktoru, xanım Eleyn Fultzun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, S. Mehbalıyev Azərbaycanda Həmkarlar İttifaqının 1904-cü ildə yarandığını, hazırda tərkibində 26 sahə ittifaqının və 1 milyon 600 min nəfərin təmsil olunduğunu bildirib. O, qonaqlara Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək deyib ki, 1 milyona yaxın insanın bütün hüquqları pozulub, əmlakları işğal altındakı ərazilərdə qalıb, 12 mindən çox məcburi köçkün konfederasiyaya aid obyektlərdə məskunlaşıb. E. Fultz isə təmsil etdiyi təşkilatın nümayəndələrinin dəfələrlə Azərbaycanda olduğunu, burada gedən prosesləri bildiklərini söyləyib. O, Həmkarları İttifaqı Konfederasiyası ilə Azərbaycan Milli Sahibkarlar (işəgötürənlər) Konfederasiyası arasında sıx əməkdaşlıqdan məmnunluğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR