Bank Of Baku

Amerikalı hakim: “Məhkəmə hakimiyyətinin əsas fəaliyyət prinsipləri qanunun aliliyi, hakimlərin müstəqilliyi, sistemin şəffaflığı və ədalətliliyidir”

Amerikalı hakim: “Məhkəmə hakimiyyətinin əsas fəaliyyət prinsipləri qanunun aliliyi, hakimlərin müstəqilliyi, sistemin şəffaflığı və ədalətliliyidir”
# 10 iyul 2008 12:14 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Məhkəmə hakimiyyətinin əsas fəaliyyət prinsipləri qanunun aliliyi, hakimlərin müstəqilliyi, sistemin şəffaflığı və ədalətliliyidir”. APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ABŞ-ın Nyu-Yurk ikinci dairəsinin Apellyasiya Məhkəməsinin hakimi Con Uolker keçirdiyi mətbuat konfransına deyib. O, Azərbaycan məhkəmə sisteminin nümayəndələrinə məhz bu çağırışla müraciət edəcəyini söyləyib. C. Uolker bildirib ki, məhkəmə sisteminin siyasətdən kənar olması çox vacibdir və bu halda insanların məhkəmələrə inamı artar. Qonaq öz ölkəsinin hüquq sisteminin tam müstəqil olduğunu və hörmət qazandığını da vurğulayıb.
Qeyd edək ki, ilk dəfədir Azərbaycana səfərə gələn C. Uolker buradan Gürcüstana yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR