Bank Of Baku

I ixtisas qrupu üzrə test imtahanlarının nəticəsi açıqlanıb

I ixtisas qrupu üzrə test imtahanlarının nəticəsi açıqlanıb
# 10 iyul 2008 15:59 (UTC +04:00)
Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Açıqlanan nəticələr bu gün saat 18-30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Qeyd edək ki, I ixtisas qrupu üzrə 36946 abituriyent imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etdirib. Test imtahanının nəticəsinə əsasən 8565 abituriyent, o cümlədən 7347 nəfər Azərbaycan bölməsi üzrə, 1218 nəfər rus bölməsi üzrə müsabiqədə iştirak etmək hüququ qazanıb. Azərbaycan bölməsində 76, rus bölməsində isə 8 abituriyent 650-700 bal intervalında nəticə göstərib. I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaq. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında yaxın günlərdə dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR