II ixtisas üzrə ali məktəblərə keçiriləcək imtahanda 7496 yer uğrunda 21 mindən çox abituriyent mübarizə aparacaq
11 iyul 2008 12:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyulun 14-də II ixtisas üzrə ali məktəblərə keçiriləcək imtahanlarla bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Abbaszadə imtahanlarda iştirak etmək üçün 174-ü əcnəbi olan 21841 abituriyentin müraciət etdiyini, onlardan 18736 nəfərin Azərbaycan, 3105 nəfərin isə rus bölmələrinə sənəd verdiyini bildirib. Qəbul üçün planda nəzərdə tutulan yer 7496-dır. Bakıda 32, Naxçıvanda isə 2 binada imtahanlar təşkil olunacaq. Abituriyentlərdən ən kiçiyinin 16, ən yaşlısının isə 52 yaşı var. TQDK sədri birinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri haqda da məlumat verib. Onun sözlərinə görə, imtahana qatılan 84 abituriyent 650-dən 700-dək bal toplayıb. Bu abituriyentlərin 76-sı Azərbaycan, 8-i isə rus bölməsinin məzunlarıdır.
Sosial
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktor müavini işdən çıxarılıb
14:25
7 may 2024
Böyükşor şosesində yol qəzası olub, sıxlıq yaranıb
13:38
7 may 2024
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə cərimə müəyyənləşir
13:37
7 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
13:37
7 may 2024