Bank Of Baku

Azərbaycanın media və hökumət nümayəndələri Bakı-Qars marşrutu üzrə ilk təyyarə reysi ilə Qarsa gedəcəklər

Azərbaycanın media və hökumət nümayəndələri Bakı-Qars marşrutu üzrə ilk təyyarə reysi ilə Qarsa gedəcəklər
# 11 iyul 2008 12:43 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib. O, bununla bağlı Azərbaycan Mətbuat Şurasına müraciət etdiyini, media nümayəndələrinin, hökumət təmsilçilərinin və ziyalıların iyulun 21-də ilk aviareyslə Qarsa gedərək bu münasibətlə təşkil olunacaq tədbirə qatılacaqlarını deyib. H. Zeynalov aviareysləri Azərbaycanın “Turan Air” aviaşirkətinin həyata keçirəcəyini söyləyib. Təyyarə Bakı vaxtı ilə saat 08.30-da havaya qalxacaq, Türkiyə vaxtı ilə 07.45-də Qars hava limanına enəcək. Aviareyslər hələlik həftənin iki - bazar ertəsi və cümə günləri təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR