Bank Of Baku

Dağıstan-Azərbaycan sərhədindəki körpülər sıradan çıxıb

Dağıstan-Azərbaycan sərhədindəki körpülər sıradan çıxıb
# 15 iyul 2008 11:18 (UTC +04:00)
Dərbənd. İ. Kərimov-APA. Dağıstanın Azərbaycanla sərhədində yerləşən Məhərrəmkənd, Aqul və Kurax rayonlarında dörd körpünü sıradan çıxarıb. Məhərrəmkənd bələdiyyə dairəsindən APA-nın Dağıstan bürosuna verilən məlumata görə, körpülərin dağılmasına səbəb bir həftə öncə bölgədə leysan yağışların yağması olub. Bunun nəticəsində Samur çayı üzərində 15 il əvvəl inşa edilmiş, 10 yaşayış məntəqəsini və iki gömrük məntəqəsini birləşdirən körpünün üzərində böyük çatlar əmələ gəlib, körpünün bir hissəsi isə uçub. Körpüdə yerli milis əməkdaşları keşik çəkirlər, əhalinin və nəqliyyatın gediş-gəlişi dayandırılıb. Dünəndən etibarən rayonlarda uçan körpülərin bərpası işlərinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR