Bank Of Baku

Sentyabrda Azərbaycan Qadınlarının III Qurultayı keçiriləcək

Sentyabrda Azərbaycan Qadınlarının III Qurultayı keçiriləcək
# 18 iyul 2008 09:55 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Sentyabrın 26-da Azərbaycan Qadınlarının III Qurultayı olacaq. Qurultayda 2000-ə yaxın nümayəndə, o cümlədən xarici qonaqlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib. O, qurultay nümayəndələrinin seçkisinin hələ davam etdiyini bildirib: “Biz istərdik ki, ən ucqar rayonlarımızdakı qadınlar da fəallıqlarını artırsınlar. Məlum olduğu kimi, Azərbaycan əhalisinin 52 faizini qadınlar təşkil edir. Biz bu potensialdan istifadə edərək, qadınların problemlərinin həllinə çalışırıq. Qurultayda qadınların problemlərinin müzakirəsi ilə yanaşı, ölkəmizdə keçirilən prezident seçkilərində qadınların fəallığının artırılması məsələsi xüsusi qeyd ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR