Bank Of Baku

Memarlıq və İnşaat Universitetində bu ilin bakalavr və magistr məzunlarının diplom işlərinin sərgisi keçirilib

Memarlıq və İnşaat Universitetində bu ilin bakalavr və magistr məzunlarının diplom işlərinin sərgisi keçirilib
# 18 iyul 2008 13:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Müasir Azərbaycan memarlığının inkişafı, istedadlı, zövqlü, işgüzar gənc memarların seçilib fərqləndirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Memarlar İttifaqının təşəbbüsü, Memarlıq və İnşaat universitetinin təşkilatçılığı ilə universitetin sərgi salonunda memarlıq fakültəsinin 2008-ci il bakalavr və magistr məzunlarının diplom işlərinin sərgisi keçirilib. APA-nın məlumatına görə, nümayiş və müsabiqə xarakterli sərgidə 20 tələbə-məzunun şəhərsalma, bərpa, dizayn, landşaft, milli memarlıq elementləri mövzusunda diplom layihələri yer alıb. Tanınmış memar, mütəxəssis və ekspertlərdən ibarət münsiflər heyəti 8 diplom işini daha uğurlu sayaraq müxtəlif parametrlərə görə fərqləndiriblər. Məzunlardan Rövşən Quliyevin “Yasamal rayonu xarici dairəvi yol ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində yerləşən ictimai kompleks” işi birinci dərəcəli, Samir Nəsirov və Yaşar Zeynallının “Mədəniyyət mərkəzinin memarlıq-dizayn həlli” (Sumqayıt şəhərində) işi ikinci dərəcəli, Ülfət Ələsgərovun “İpək yolu sistemində kütləvi xidmət mərkəzləri” (Azərbaycanın timsalında) işi üçüncü dərəcəli diploma və pul mükafatına, daha beş layihə həvəsləndirici mükafata laiyq görülüb. Qalib məzunlara mükafatlar Memarlar İttifaqı Rəyasət Heyətinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən geniş yığıncağında təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR