Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib

Azərbaycan Təhsil Nazirliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib
# 19 iyul 2008 08:39 (UTC +04:00)
Bakı-APA. Dünən Azərbaycan Təhsil Nazirliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, nazirliyin digər vəzifəli şəxsləri, Mətbuat Şurasının rəhbərliyi, KİV rəhbərləri və jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov medianın cəmiyyətdəki rolundan danışıb. O bildirib ki. jurnalistlər Təhsil Nazirliyi ilə daim sıx əlaqədə fəaliyyət göstərirlər. Bu sahədə olan uğurları da , nöqsanları da qeyd edirlər: “Bu da bizim işimizi qurmağımıza çox kömək edir. Bu gün Azərbaycan təhsili inkişaf edir. Hər bir vətəndaş bu inkişafın şahididir. Hətta inkişaf etmiş dövlətlərdən gələnlər belə, Azərbaycanda son 4 ildə 1200 məktəbin tikildiyini eşidəndə bu fakt qarşısında heyrətləndiklərini gizlətmirlər”. M. Mərdanov daha sonra bildirib ki, Təhsil Nazirliyi hər il olduğu kimi ənənəsinə sadiq qalaraq, bu qurumla daha sıx əlaqə saxlayan 15 jurnalisti mükafatlandırıb. Nazir müxtəlif televiziya, qəzet və informasiya agentliklərindən olan jurnalistlərə fəxri diplomlar və pul mükafatı təqdim edib.
Təltif olunanlar arasında “APA-Economics”ın əməkdaşı İlhamə İsabalayeva da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR