Bank Of Baku

Litvada “Kadrların idarəedilməsi” mövzusunda təlim kursu keçirilib

Litvada “Kadrların idarəedilməsi” mövzusunda təlim kursu keçirilib
# 21 iyul 2008 13:32 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Respublikasının dövlət orqanlarının kadr qurumları rəhbərləri üçün “Kadrların idarəedilməsi” mövzusunda silsilə təlim kursları təşkil edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurslar Vilnüsdə Litva İdarəçilik İnstitutu tərəfindən keçirilib. “İnsan resurslarının idarə edilməsinin əsasları”, “İşçi heyətinin idarə edilməsi siyasəti”, “İslahatlar dövründə təşkilatın inkişafı və işçi heyətinin işinin təşkili”, “İdarəetmədə rəhbərin rolu”, “İnsan resurslarının effektivliyinin artırılması”, “İnformasiya texnologiyalarının istifadəsi ilə kadrların idarə edilməsində effektivliyin artırılması” mövzularını əhatə edən təlim kursunda Litva, Azərbaycan və Avropa İttifaqı ölkələrinin təcrübəsi barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR