Bank Of Baku

Ombudsman Qobustanda ictimai dinləmələr keçirib

Ombudsman Qobustanda ictimai dinləmələr keçirib
# 21 iyul 2008 14:22 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsi ilə bağlı Milli Fəaliyyət Planının təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə Qobustan rayonunda ictimai dinləmələr keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimai dinləmələrdə rayonun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli QHT və KİV-lərin, habelə icmaların nümayəndələri iştirak edib. E. Süleymanova prezident seçkilərinə geniş hazırlıq işi aparıldığını bildirib, vətəndaşların seçki hüququnun təmin olunması ilə əlaqədar müvafiq tövsiyələr verib. Müvəkkil iştirakçıların təkliflərinin səlahiyyətli orqanların diqqətinə çatdırılacağını və qaldırılmış məsələlərin həllində yardımçı olacağını bildirib. Ombudsman səfər çərçivəsində Qobustan rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına da baxış keçirib. Baxış zamanı hüquq pozuntuları aşkar edilməyib, saxlanılanlara qarşı kobud rəftarla bağlı hər hansı şikayət olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR