Bank Of Baku

Qədim Şəmkir şəhərində XI-XIII əsrlərə dair zəngin maddi-mədəniyyət nümunələri aşkar olunub

Qədim Şəmkir şəhərində XI-XIII əsrlərə dair zəngin maddi-mədəniyyət nümunələri aşkar olunub
# 21 iyul 2008 14:36 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Regionların İnkişafı İctimai Birliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında qədim Şəmkir şəhərinin xarabalıqlarının üzə çıxarılması məqsədi ilə geniş miqyaslı tədqiqatlar aparılır. Arxeoloji qazıntılar nəticəsində XI-XIII əsrlərə dair zəngin maddi-mədəniyyət nümunələri, əmək alətləri, silahlar, bəzək əşyaları, mis sikkələr aşkar olunub. Bu barədə APA-ya ekspedisiyanın rəhbəri Tarix Dostuyev məlumat verib. O bildirib ki, builki mövsümdə qarşıya qoyulan əsas məqsəd Narınqalanın şimal və şərq divarının tədqiqidir: “Biz həmçinin Narınqalanın içərisində arxeoloji qazıntıları genişləndirmək, abidənin topoqrafiyasına dair yeni məlumatlar əldə etməyə çalışırıq. Şərq divarının 100, şimal divarının isə 28 metri artıq tədqiq olunub. Tədqiqat nəticəsində Narınqalanın şimal-şərq bürcü və şimal divarının iki qatlı olması faktı üzə çıxıb”. Ekspedisiya rəhbərinin sözlərinə görə, Azərbaycanın orta əsrlər şəhər mədəniyyətinin öyrənilməsi məqsədi ilə aparılan tədqiqatlar sentyabrın sonuna kimi davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR