Bank Of Baku

Şəmkirdə “Qafqazın arxeologiyası və etnologiyası” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Şəmkirdə “Qafqazın arxeologiyası və etnologiyası” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
# 21 iyul 2008 14:51 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu ilin sentyabrında Şəmkir şəhərində “Qafqazın arxeologiyası və etnologiyası” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə APA-ya professor Tarix Dostuyev məlumat verib. O, konfransın Regionların İnkişafı İctimai Birliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə təşkilatçılığı ilə ilk dəfə regionda keçiriləcəyini bildirib: “Qafqazda aparılan arxeoloji qazıntılara həsr olunan konfranslar sistemli şəkildə keçirilir. Bu dəfə Bakıda keçirilməsi nəzərdə tutulan konfransın Şəmkirdə təşkil edilməsi qərar alındı. Məqsəd Şəmkirin arxeoloji irsini daha geniş təbliğ etmək, alimləri aparılan tədqiqatlarla daha yaxından tanış etməkdir”. Konfransda Qafqazda aparılan son arxeoloji qazıntıların nəticələri və maddi tapıntıların elmi əhəmiyyətindən söz açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR