Bank Of Baku

Şəkidə ictimai dinləmələr keçirilib

Şəkidə ictimai dinləmələr keçirilib
# 21 iyul 2008 15:53 (UTC +04:00)
Şəki-APA. Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə Şəkidə ictimai dinləmələr keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimai dinləmədə bu bölgə üzrə seçilmiş millət vəkili Yaqub Mahmudov, Şəki rayonunun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, KİV-lərin, habelə icmaların nümayəndələri iştirak ediblər. 2008-ci ilin seçki ili olduğunu diqqətə çatdıran Ombudsman qarşıdakı seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulayıb, dairə seçki komissiyalarının üzərinə düşən vəzifələr barədə danışıb, müvafiq tövsiyələr verib. Toplantıda çıxış edən natiqlər Milli Fəaliyyət Planı çərçivəsində görülmüş və gələcəkdə planlaşdırılan işlərdən danışıblar. Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər paylanıb. Sonra Elmira Süleymanova Şəki regional mərkəzində vətəndaşları qəbul edib, onların şikayətlərini dinləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR