Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələri üzrə növbəti müsabiqə avqustun sonlarında elan olunacaq

Vakant dövlət qulluğu vəzifələri üzrə növbəti müsabiqə avqustun sonlarında elan olunacaq
# 22 iyul 2008 10:24 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Frans Haysman birgə mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, Bəhram Xəlilov komissiyanın fəaliyyət göstərdiyi il yarım ərzində Azərbaycanda dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş şəkildə keçirilməsinə nail olduğunu deyib. Komissiya sədri rəhbərlik etdiyi qurumun vakant dövlət qulluğuna qəbulla bağlı 40-a yaxın dövlət orqanı ilə əməkdaşlıq etdiyini bildirib. Komissiyanın indiyə kimi vakant dövlət qulluğu vəzifələri üzrə 4 müsabiqə, 2 müsahibə keçirdiyini bildirən B. Xəlilov deyib ki, müsabiqə və müsahibələr tam obyektiv və şəffaf şəkildə təşkil olunur. Komissiya sədri gələcəkdə vakant dövlət qulluğu vəzifələri olan nazirliklər üzrə deyil, ixtisaslar üzrə müsabiqələr keçirməyi nəzərdə tutduqlarını da deyib: “Bu, mənim öz fikrimdir. Hesab edirəm ki, bu variant bizə daha çox uyğun gəlir”. B. Xəlilovun sözlərinə görə, bəzi hallarda vakant dövlət qulluğu vəzifələrinə təqdim olunan kadrların bir sıra nazirliklərdə işə gec qəbulu hallarına da rast gəlinir. Komissiya sədri bu halın da aradan qaldırılacağını deyib. Qurum rəhbəri dövlət orqanlarının komissiyanın təqdim etdiyi kadrların səviyyəsindən razı qaldıqlarını da açıqlayıb. B. Xəlilov onu da deyib ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqənin avqustun sonlarında elan olunması gözlənilir. B. Xəlilov komissiyanın Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə sıx əməkdaşlıq etdiyini bildirib. Cəmiyyətin Azərbaycandakı nümayəndəsi Frans Haysman Dövlət Komissiyası ilə əməkdaşlıq etdikləri 9 ay ərzində xeyli nəticələr əldə etdiklərini bildirib. O, əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR