Bank Of Baku

Son bir ildə Şirvan Apellyasiya Məhkəməsinə 508 cinayət işi daxil olub

Son bir ildə Şirvan Apellyasiya Məhkəməsinə 508 cinayət işi daxil olub
# 23 iyul 2008 09:58 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. 2007-ci ilin iyulun 16-dan bu ilin iyulun 1-nə kimi Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət və İnzibati Xətalara Dair İşlər üzrə Məhkəmə Kollegiyalarına 508 cinayət işi daxil olub. Bu barədə APA-ya Şirvan Apellyasiya Məhkəməsindən məlumat verilib. Məlumata görə, məhkəməyə daxil olmuş 508 işin 325-i cinayət, 97-i hərbi, 8-i inzibati xətalara dair, 29-u prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlər, 11-i cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən verilmiş şikayətlər, 5-i hökmün icrası qaydasında icraatla bağlı, 33-ü etirazla bağlı olub. Məhkəməyə daxil olmuş 325 cinayət işindən 293-ə baxılıb və bunlardan 201 hökm dəyişdirilmədən saxlanılıb, 5 hökm tam ləğv edilib, 74 hökm dəyişdirilib, 8 qərar dəyişdirilmədən saxlanılıb, 5 qərar ləğv edilib, 29 iş hesabat dövrünün sonuna baxılmamış qalıb, 3 iş baxılmadan geri qaytarılıb. Məhkəməyə daxil olmuş 97 hərbi cinayət işindən 85-nə baxılıb ki, bunlardan da 57 hökm dəyişdirilmədən saxlanılıb, 24 hökm dəyişdirilib, 1 hökm ləğv edilib, 1 qərar dəyişdirilmədən saxlanılıb, 2 qərar ləğv edilib, 1 etiraz təmin ediməyib, 11 iş isə baxılmamış qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR