Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsahibə başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsahibə başa çatıb
# 23 iyul 2008 10:57 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 13 dövlət orqanında inzibati vəzifələrin altıncı doqquzuncu təsnifatlarına uyğun olan 168 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsahibə başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeydiyyatdan keçən 130 namizəddən 54-ü müsahibəni uğurla başa vurub və müvafiq vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarının rəhbərinə təqdim ediliblər. Müsahibəyə ən çox vakant vəzifə çıxaran dövlət qurumu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Müsahibə üzrə ən çox namizəd keçən dövlət qurumu İqtisadi inkişaf Nazirliyi, heç bir namizədin müraciət etmədiyi qurum isə Sənaye və Energetika Nazirliyi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR