Akademik Akif Əlizadə: “Bakıda zəlzələ ehtimalı həmişə var” - MÜSAHIBƏ
- Akif müəllim, Geologiya İnstitutu konkret hansı elmi istiqamətləri əhatə edir və Siz geologiyanın hansı sahəsi ilə məşğul olursunuz?
- Bu yaxınlarda 70 illiyini qeyd etdiyimiz institutumuzun əsas fəaliyyət istiqamətini Azərbaycanın, müstəqillik dövründən sonra isə Qafqazın geoloji quruluşunun öyrənilməsi təşkil edir. İlk vaxtlarda institutun əsas prioritet istiqamətlərindən biri neft geologiyası olub, çünki Azərbaycan neft ölkəsidir. Neft geologiyasını düzgün istiqamətləndirmək məqsədi ilə digər geologiya istiqamətləri də inkişaf etməyə başlayıb. Beləliklə, institutumuz həm klassik geologiya istiqamətlərində, həm də sırf axtarış və kəşfiyyat geologiyası istiqamətində xeyli uğurlar əldə edib. Mən Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra 1957-ci ildən bu institutdayam, laborant vəzifəsindən direktor vəzifəsinə qədər yüksəlmişəm. Artıq 30 ildən artıqdır ki, bu instituta rəhbərlik edirəm. Mənim seçdiyim elmi istiqamət müxtəlif geoloji layların nisbi yaşını öyrənməkdir. Bu yaşı öyrənmək üçün gərək paleontologiya elmini, biologiya, tarixi geologiya, regional geologiyanı biləsən. Bu sahə üzrə doktorluq müdafiəmdən artıq 40 il keçir, yəni mən 35 yaşımda elmlər doktorlarının sırasına qoşulmuşam.
- Azərbaycanın geoloji quruluşu bütünlüklə öyrənilibmi, bu ərazidə yaşamaq nə qədər münasib və ya əksinə təhlükəlidir?
- Qafqaz regionu orogen, yəni dağ əmələgəlmə zonasıdır. Belə zona Yer qabığında bir neçə regionda var, onların da hamısı zəlzələyə məruz qalan yerlərdir. Hazırda geologiyada plitələr tektonikası nəzəriyyəsi var. Plitələr hərəkət edəndə, bir-biri ilə toqquşanda zəlzələlər baş verir. Azərbaycan Afrika plitəsi ilə Şimali Avropa qitəsi arasındakı Aralıq dənizi zonasında yerləşəndə iki plitə arasında bu prosesə məruz qalıb. Azərbaycanda hər gün, günaşırı zəlzələlər, təkanlar olur. Amma insanlar bunu 4-5 bal gücü olanda hiss edirlər. 2000-ci ildə qeydə alınan 6,5 bal gücündə olan zəlzələ təhlükəli idi. Mərhum prezident Heydər Əliyevin köməkliyi ilə biz rəqəmli seysmik cihazlar aldıq, indi bu cihazlarla daim müşahidə aparırıq.
- Müşahidələrin nəticəsi necədir, Azərbaycanda güclü zəlzələ gözlənilirmi?
- Bakıda zəlzələ ehtimalı həmişə var. İndi alimlər plitələrin hərəkətini öyrənirlər, monitorinqlər aparırlar. Allah uzaq eləsin, Çində baş verən zəlzələdən qabaq orada da plitələrin hərəkəti müşahidə edilirdi. Bu hərəkətlər bizdə olandan bir neçə dəfə sürətli idi. Bir qədər aşağı sürətli plitə hərəkəti dağıdıcı zəlzələlərin baş verməyəcəyinə ümid verir. Bizim yaşlı geoloqlar deyirdilər ki, Abşeron yarımadasında koun adlanan böyük gil qatı var. Bu qat plitələrin zərbələrini azaldır. Amma Şamaxı, Şəki, İsmayıllı zonaları seysmik cəhətdən təhlükəli hesab olunur. Ümumiyyətlə, Qafqazın böyük hissəsi seymik cəhətdən fəaldır. Zəlzələnin dəqiq proqnozunu demək çətindir. Hələlik yalnız uzun müddətli proqnoz söyləmək olur. Məsələn, deyək ki, filan ərazidə gərginlik müşahidə olunur. Amma nə vaxt, hansı bal gücündə zəlzələ olacaq, ümumiyyətlə olacaqmı? Bunu heç kim bilmir. Bəli, biz zəlzələ zonasında yaşayırıq, amma ümid edirik ki, güclü zəlzələ görməyəcəyik.
- Son vaxtlar torpaq sürüşməsi hallarına tez-tez rast gəlinir. Belə faktların təkrarlanması ehtimalı varmı?
- Bakı, Astara-Lənkəran, Kür ərazisində inkişaf etmiş zonalar var, amma onlar hələ geoloji baxımdan tam inkişaf etməmiş zonalardır. Sürüşmənin qabağını almaq asan deyil. Bu sahədə də müəyyən monitorinqlər keçirilir. Zəlzələdən fərqli olaraq, sürüşmənin qabağını almaq üçün müəyyən tədbirlər görülə bilər və bu tədbirlər görülməlidir. Bəli, bizim ərazilərimizdə sürüşmə ehtimalı bu gün də var.
- Bəs Azərbaycanın içməli su problemi nə qədər ciddidir?
- Bu, bizim hamımızın yaralı yeridir. Azərbaycanın daim su problemi olub, indi isə lap çətin məsələyə çevrilib. Amma mən çox şadam ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası çox ciddi şəkildə aparılır, biz bununla bağlı “Azərsu” Səhmdar Cəmiyyəti ilə birgə tədqiqatlar aparmışıq.
- Bu kəmərlə Bakıya gətirilən Gildağ su mənbəyinin ehtiyatı nə qədərdir, Azərbaycanda başqa belə yeraltı mənbələr varmı?
- Gildağ suyu yeraltı çay deyil, yeraltı elə süxurlar var ki, onlar dağ sularını yığıb özünə saxlayır. Bu dağətəyi ərazidə dağ suları təbii süzgəcdən keçir və bir zonada yığılır. Su oradan götürüldükcə, təbiət onu təkrar doldurur. Onun üçün alimlər məhz Oğuz-Qəbələ zonasının üstündə dayandılar və bu su dəfələrlə yoxlandıqdan sonra texniki məsələlərin həllinə başlandı. Bu su kəməri Bakının su təchizatında mühüm rol oynayacaq, Bakının böyük bir hissəsi Kür suyundan azad olacaq. Gildağ suyu təmiz artezian suyudur, bu mənbənin ehtiyatları tükənməzdir. Belə bir mənbə Laçın rayonunda var idi. Alimlər həmişə Qırxbulağı tədqiq edirdilər. O, çox təmiz, xalis bulaq suyu idi. İnşallah, bu məsələ ilə bağlı torpaqlarımız qayıdandan sonra danışarıq...
- İşğal altında olan torpaqlarımızdan söz düşmüşkən, Zod qızıl yataqlarının taleyi necə oldu, ölkəmizdə analoji qızıl yataqlarımız varmı?
- Qızılımız da var. Bu məsələ ilə bağlı Azərbaycan dövləti müxtəlif xarici şirkətlərlə müqavilə bağlayıb və müəyyən tədqiqatlar aparılır. Qarabağ geologiyasını, faydalı qazıntılarını tam öyrənmişik, amma indi bizim əlimiz heç hara çatmır. Bilirsinizmi, tədqiqatlardan, ekspedisiyalardan söz düşən kimi, Qarabağ torpağı gözümüzün qabağına gəlir, Qarabağ deyən kimi hamımız məyus oluruq.
- Bəs “qara qızıl” ehtiyatlarımız nə qədərdir, Azərbaycanın neft-qaz yataqları düzgün istismar olunurmu?
- Azərbaycanın nefti var və bu sərvətimiz bəzilərinin dediyi kimi az deyil. Əlbəttə, bu ehtiyatlar daimi deyil. Amma bu gün “Azəri-Çıraq”, “Günəşli”, “Şahdəniz” möhtəşəm yataqlardır. Belə nəhəng strukturlar dünyada azdır. Belə yataqlar Səudiyyə Ərəbistanı, Fars körfəzi, Küveytdə aşkarlanıb. 1994-cü ilin 20 sentyabrında bağlanan müqavilə Azərbaycanın ayağa qalxmasına imkan verdi. İndi 2008-2009-cu ildən başlayaraq Azərbaycanın payı illik 80 faiz olacaq ki, bu çox böyük məbləğ də Azərbaycanın iqtisadiyyatına təkandır. İnanıram ki, prezidentimiz, dövlətimiz bu imkandan iqtisadiyyatımızın inkişafı üçün düzgün istifadə edəcək, biz alimlər də imkanımız dairəsində gələcəyi görməyə, proqnozlar verməyə çalışacağıq. Bu sərvətimiz tükənə, azala bilər. Yəni Azərbaycanda neft hasilatı 5-10 il yüksək tempdə olsa da, sonra bu temp təkrar enəcək, çünki layın imkanı azalır.
- Elm neftin dünya üzərindəki əsarətinə son qoya, onun əvəzini tapa biləcəkmi?
- Bu istiqamətdə tədqiqatlar aparılır. Artıq Avropada bioyanacağın tətbiqinə başlanıb. Bu yolla neftin gündən-günə qalxan qiymətinin qarşısını almaq istəyirlər. Bioyanacağın imkanından istifadə ilə neftdən bir növ xilas olmağa cəhd edirlər. Söhbət təkcə bahalıqdan getmir, neft tamam tükənə bilər. Elm bu varianta hazır olmalıdır. Başqa bir məsələ də var. Elmin inkişafı artıq neftin yaranmasına da yeni baxış ortaya qoyur. Bu elmi baxışlar isbat olunsa, onda neftin tükənməzliyi, əbədiliyi sübut ediləcək. Bəzi alimlərin fikrincə, Yerin nüvə hissəsindən gələn qazların üzə çıxması daimidir, yəni orada yaranır, üzə çıxır və yenidən yaranır. Bu fikirdən qaynaqlanan başqa nəzəriyyəyə görə, neft yataqlarının təkrar dolması üçün heç də milyon illər lazım deyil.
- Palçıq vulkanlarının sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bəs bu sahə necə, yetərincə tədqiq olunurmu?
- Dünyada 800-ə yaxın palçıq vulkanı məlumdur. Bu baxımdan, Azərbaycan fenomen bir ərazidir, burada inkişaf edən palçıq vulkanizminə dünyanın heç harasında rast gəlinmir. Azərbaycan ərazisində 200-300-dən artıq vulkan var. Onlar periodik olaraq püskürürlər. Palçıq vulkanları geniş öyrənilib, onların əmələ gəlməsi, zəlzələlərlə bağlılığı, ümumiyyətlə Cənubi Xəzərdə gedən geodinamik proseslərlə əlaqəsi tədqiq edilir. Bu sahəni Azərbaycan alimləri bütünlüklə öyrənmək üzrədir.
- Siz həm də Azərbaycan elmində islahatların aparılması ilə əlaqədar yaranan komissiyanın üzvüsünüz. Konkret hansı islahatların aparılması nəzərdə tutulur?
- Komissiyanın hələlik yekun nəticəsi yoxdur, baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə bu istiqamətdə müzakirələr aparılacaq. Amma mən bir elm adamı kimi bildirirəm ki, bugünkü Elmlər Akademiyası sovet dövrünün akademiyası olmamalıdır. Burada islahatlar aparılmalı, prioritet istiqamətlər müəyyənləşdirilməlidir. Digər tərəfdən, bu islahatlar bizim kadrların inkişafına təkan verməlidir. Sovet dövründə yetişən kadrlar indi bir qədər yaşlanıb, 90-cı illərin şəraiti isə kadr potensialımızın azalmasına gətirib çıxartdı. Alimlərimizin bir qismi xaricə getdi, elm sahəsinə gələn gənclərin sayı azaldı. İndi tam imkan yaranıb ki, biz islahatlar aparıb kadr sıçrayışını təşkil edək. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın neft, aqrar, humanitar istiqamətlərin inkişafına imkan yaradacaq.
- Akif müəllim, Azərbaycanın ilk şeyxülislamının nəvəsinin həvəslə elmdən danışması hərdən özünüzə də qəribə gəlirmi? Bəlkə də Axund Ağa Əlizadə nəvəsini din xadimi görmək istəyirmiş...
- Babam böyük ruhani, din xadimi olub. Nəcəfdə təhsil alıb, Məşhəddə, Qumda dini biliklərini dərinləşdirib. Mən bu ailədə dünyaya göz açsam da, sovet dövründə ateizm tüğyan edirdi. O, sovet ideologiyasını görəndən sonra nəvələrinin təhsilinə ciddi fikir verirdi, çünki konkret dövrdə ruhaniliyin lazımsızlığını görürdü. Babam ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə şeyxülislam seçilib. Bir dəfə Mircəfər Bağırov babamı yanına çağırtdırıbmış. Ona deyirlər ki, axı, Axund Ağa Əlizadə Məmmədəmin Rəsulzadənin zamanında şeyxülislam olub, onu niyə çağırırsan? Mircəfər Bağırov da cavab verir ki, o, Məmmədəmin Rəsulzadənin, sovetlərin yox, Azərbaycan xalqının şeyxülislamıdır. Babam təkrar şeyxülislam olanda mən məktəbdə oxuyurdum, onun minbərə çıxmağını görürdüm, moizələrini dinləyirdim. Babam bizə təzyiq göstərmirdi, həmişə deyirdi ki, savadlı olun, bir işin qulpundan yapışın, bir məqsədə xidmət edən həmişə məqsədinə çatır. Sonralar da müxtəlif vəzifələrə dəvət ediləndə babamın sözü yadıma düşürdü ki, özünü dağıtmaq lazım deyil, üzünü bir səmtə çevir. Ona görə də mən bu institutdan, elmdən heç ayrıla bilmədim.
- Namaz qılırsınız?
- Namaz qılmamışam, amma necə qılındığını bilirəm. Babamın çox gözəl namaz qılmağı vardı, özü çox yaraşıqlı adam idi, sidq-ürəklə namaz qıldığı hiss olunurdu. Gendən baxanda adamın xoşu gəlirdi, nənəm də bizə deyirdi ki, yavaş, sakit olun, Ağa namaz qılır. Nənəm Zeynəb xanım Mir Möhsün ağanın bacısıdır. Biz onların yeganə oğlu Ağamehdi Əlizadənin övladıyıq.
- Belə bir ruhani nəslin dini təhsilin arxasınca gedən, orucunu-namazını ötürməyən davamçıları varmı?
- Ailəmizdə namaz qılan yoxdur. Demək olar ki, bizdə ruhaniliyə istiqamətlənən olmadı. Oğulların, nəvələrin biri mühəndis, biri həkim, biri iqtisadçı oldu...
- Elmdən başqa sevimli məşğuliyyətiniz nədir?
- Tarixi ədəbiyyat oxumağı, bağçılığı, qurub-yaratmağı çox sevirəm. Bir də, 40 ildir ki, müdrik sözləri, ibrətli kəlamları toplayıram. Elə bu hobbim də elmə yaxındır. Bəzən deyirlər ki, maaş azdır, ona görə də cavanlar elmə gəlmək istəmirlər. Elə deyil, elmi sevmək lazımdır, sadəcə olaraq indi elmi sevənlər azalıb...

Sosial
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib