Bank Of Baku

Şərur rayonu ərazisində aparılan qazıntılar zamanı sütunlu saray aşkar edilib

Şərur rayonu ərazisində aparılan qazıntılar zamanı sütunlu saray aşkar edilib
# 24 iyul 2008 06:50 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan bölməsinin əməkdaşı, akademik Vəli Baxşəliyevin APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, AMEA Naxçıvan bölməsinin əməkdaşlarının ABŞ-ın Corcia Universitetinin tədqiqatçı qrupu ilə birgə apardığı elmi-tədqiqatlar, Şərur rayonunun Oğlanqala ərazisində aparılan qazıntı işlərinin nəticələri Naxçıvanın ilkin sivilizasiya məskənlərindən olduğunu bir daha sübut edir. Akademik eramızdan əvvəl I minilliyin əvvəllərində burada yaşayış məskənlərinin salındığını, həmin dövrdən başlayaraq ərazidə qala divarlarının inşa edildiyi bildirib. Qalanın inkişaf etmiş dövrünün eramızdan əvvəl VIII-VII əsrlərə aid olduğu deyən V. Baxşəliyevin sözlərinə görə, ərazidə aparılan tədqiqatlar mədəni təbəqənin 5 metrdən artıq olduğunu göstərir: “Hazırda sarayın bir hissəsində qazıntı işləri aparılır. Qazıntılar zamanı insanların dəmir dövrünə aid yaşayışını əks etdirən maddi-mədəniyyət nümunələri-keramika, kömür, məişət əşyaları saxsı qablar tapılıb. Üzərində mixi yazıların olduğu saxsı parçası da yeni tədqiqat işlərinə yol açır”. Akademik onu da əlavə edib ki, arxeoloji qazıntıların bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur. Əldə olunan maddi mədəniyyət nümunələri tədqiqat işlərindən sonra muzeylərə təqdim olunacaq.
Qeyd edək ki, bu, ABŞ-Azərbaycan birgə ekspedisiya qrupunun Naxçıvan MR-də apardığı ikinci arxeoloji qazıntıdır. Corcia Universitetinin Lauren Ristvetin rəhbərlik etdiyi tədqiqat qrupu ilk dəfə 2006-cı ildə Naxçıvanda olub və AMEA Tarix İnstitutu, AMEA Naxçıvan bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri ilə birgə MR ərazisində yerləşən və bizim eradan əvvəl IV-III minilliyə aid olan II Kültərə və I Maxta arxeoloji abidələri üzərində birgə tədqiqatlar aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR