Bank Of Baku

Şərurda yeni sosial obyektlər istifadəyə verilib

Şərurda yeni sosial obyektlər istifadəyə verilib
# 24 iyul 2008 07:44 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Zeyvə və Qarxun kəndlərində yeni kənd mərkəzləri və həkim ambulatoriyaları istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, istifadəyə verilən Zeyvə kənd mərkəzinin inzibati binasında icra nümayəndəliyi, polis sahə müvəkkilliyi, Naxçıvan “Aqrobiznes” MMC-nin Zeyvə kənd təlim mərkəzi, baytar məntəqəsi, kitabxana, YAP-ın ərazi ilk təşkilatı, bələdiyyə üçün otaqlar və rabitə evi fəaliyyət göstərəcək. Zeyvə və Qarxun kənd həkim ambulatoriyalarında isə laboratoriya, peyvənd və manipulyasiya xidmətlərinin göstərilməsi üçün müvafiq şərait yaradılıb. Kənd ambulatoriyalarında qeydiyyat, doğuş və diş həkimi bölmələri də fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR