Bank Of Baku

Koreya hökuməti Azərbaycan mütəxəssisləri üçün informasiya texnologiyaları sahəsində yeni təhsil proqramı təşkil edir

Koreya hökuməti Azərbaycan mütəxəssisləri üçün informasiya texnologiyaları sahəsində yeni təhsil proqramı təşkil edir
# 24 iyul 2008 08:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Econpomics. Koreyanın İnformasiya və Rabitə Nazirliyi və İnformasiya və Rabitə Universiteti xarici ölkələri təmsil edən hökumət rəsmiləri və ya tədqiqatçılar üçün təhsil kursları təşkil edir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Qlobal informasiya texnologiyaları proqramı” mövzusunda keçirilən kursun müddəti 5 ildir (2 il magistratura + 3 il doktorantura). Kursda iştirak etmək istəyən namizədlər ali təhsilli (bakalavr və ya magistr dərəcəsi) və dövlət orqanlarında çalışan İT mütəxəssislər, ictimai təşkilatların işçiləri və milli tədqiqat mərkəzlərinin elmi işçiləri olmalıdır. Namizəd ingilis dilini yüksək səviyyədə bildiyini təsdiqləyən TOEFL (PBT 500/CBT 173) və ya İELTS (5,0) sertifikatı təqdim etməlidir. Koreyanın İnformasiya və Rabitə Nazirliyi tərəfindən maliyyələşdirilən proqramda iştirak etmək istəyən şəxslər sentyabrın 10-dək Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR