Bank Of Baku

2008-2009-cu illər üçün “Biznes Əməkdaşlığı Proqramı” başlanır

2008-2009-cu illər üçün “Biznes Əməkdaşlığı Proqramı” başlanır
# 24 iyul 2008 08:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları, İqtisadi İnkişaf nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Elm Fondu, ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu 2008-2009-cu illər üçün “Elm və Texnologiya üzrə Sahibkarlıq Proqramı” çərçivəsində Biznes Əməkdaşlığı Proqramını həyata keçirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, proqram çərçivəsində təqdim olunmuş 5 ən yaxşı layihə hər biri 10 000 dollar olmaqla mükafatlandırılacaq. Proqram üçün layihələr avqustun 31-ə kimi qəbul olunacaq. Nəticələr oktyabrın 1-ə kimi elan olunacaq. Müsabiqə ilə bağlı təkliflər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR