Bank Of Baku

Ombudsman Aparatının nümayəndələri vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunmasının vəziyyətinə dair monitorinq keçiriblər

Ombudsman Aparatının nümayəndələri vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunmasının vəziyyətinə dair monitorinq keçiriblər
# 24 iyul 2008 13:54 (UTC +04:00)
Bakı. Hacı Zeynalov – APA. Ombudsman Elmira Süleymanova qarşıdan gələn prezident seçkisində seçicilərin daha fəal, mütəşəkkil iştirakının təmin edilməsi məqsədilə Azərbaycan Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış cədvəl əsasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunması vəziyyətinin araşdırılması və təkmilləşdirilməsinə yönəlmiş birgə monitorinqləri davam etdirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparatın nümayəndələri DİN əməkdaşları ilə birgə respublikanın ayrı-ayrı regionlarında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunması vəziyyətinin öyrənilməsi ilə bağlı bu günlərdə Lənkəran, Şəki və Şəmkir rayonlarında və bu rayonların kəndlərində monitorinqlər keçiriblər. Həmin rayon və kəndlərdə sorğular aparılıb, vətəndaşlar qəbul edilib. Lənkəran, Şəki və Şəmkir rayonları polis şöbələri pasport qeydiyyatı bölmələrinin rəisləri, icra başçılarının ərazi üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahə müvəkkilləri ilə görüşlər keçirilib, onlara vətəndaşların qeydiyyatı və siyahıya alınması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR