Bank Of Baku

Ombudsman Qax rayonunda ictimai dinləmələr keçirib

Ombudsman Qax rayonunda ictimai dinləmələr keçirib
# 24 iyul 2008 15:36 (UTC +04:00)
Qax. Hafiz Heydərov - APA. Ombudsman Elmira Süleymanova 2006-cı ildə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının tətbiqinə dair vəziyyətin monitorinqi məqsədilə Qax rayonunda ictimai dinləmələr keçirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax rayon İcra Hakimiyyətində təşkil olunmuş ictimai dinləmələrdə rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının, dairə seçki komissiyalarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən E. Süleymanova 2008-ci ilin seçki ili olduğunu bildirərək qarşıdakı seçkinin demokratik və şəffaf keçirilməsinin vacibliyini dilə gətirib. O, dairə seçki komissiyalarının üzvlərinə azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində tövsiyələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR