Bank Of Baku

“Azercell” fakturalı xəttə malik abonentləri üçün xüsusi endirim tətbiq edib

“Azercell” fakturalı xəttə malik abonentləri üçün xüsusi endirim tətbiq edib
# 24 iyul 2008 16:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti ölkədə ilk dəfə xüsusi endirim tətbiq edib. «Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyul ayının 24-dən ilin sonuna qədər davam edəcək kampaniya çərçivəsində şəhər nömrələri ilə «Azercell» nömrələrinə edilən zənglər arasında fərq aradan qaldırılıb. Belə ki, fakturalı xəttə malik «Azercell» abonentləri sabit şəbəkə nömrələrinə (şəhər nömrələri) daha sərfəli şərtlərlə zəng edirlər. Kampaniya müddətində şəhər nömrələrinə edilən zənglər şəbəkə daxili zənglər kimi qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR