Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunda böyrəkköçürmə əməliyyatı aparılıb

Azərbaycanın Lənkəran rayonunda böyrəkköçürmə əməliyyatı aparılıb
# 25 iyul 2008 07:55 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın regionları arasında ilk dəfə olaraq Lənkəran Müalicə-Diaqnostika Mərkəzində böyrək köçürülməsi əməliyyatı aparılıb. Üç saat yarım davam edən əməliyyat uğurla başa çatıb. Mərkəzin baş həkimi Malik Məmmədovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, əməliyyat Masallı rayonun Mahmudavar kənd sakini, 1986-cı il təvəllüdlü Anar Əzizovun üzərində aparılıb. 3 ay əvvəl səhhəti kəskin pisləşən A. Əzizov müalicə üçün Rusiya, Pakistan və İrana aparılsa da, bütün cəhdlər nəticəsiz qalıb. O, daha sonra Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb. İrandan dəvət olunmuş mütəxəssislər və yerli həkimlərin birgə həyata keçirdiyi əməliyyat zamanı A. Əzizova yaxın dostunun böyrəyi köçürülüb. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR