Bank Of Baku

Masallının Ərkivan qəsəbəsində yeni sağlamlıq mərkəzi tikilir

Masallının Ərkivan qəsəbəsində yeni sağlamlıq mərkəzi tikilir
# 25 iyul 2008 09:01 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunun Ərkivan qəsəbəsində daxili imkanlar hesabına tikilən yeni sağlamlıq mərkəzi bu ilin sentyabrında istifadəyə veriləcək. Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, tibb ocağının xidmətindən 15500 nəfər yerli sakinlə yanaşı, qonşu yaşayış məntəqələrinin sakinləri də yararlanacaq. 1 mərtəbəli 11 otaqdan ibarət sağlamlıq mərkəzində doğum şöbəsi ilə bərabər, terapevtiya, pediatriya, stomatoloqiya kabinələri də fəaliyyət göstərəcək. Sağlamlıq Mərkəzində Almaniyadan və Türkiyədən gətiriləcək müasir tibbi avadanlıqlar və cihazlar quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR