Bank Of Baku

Naxçıvanda birinci yarımilliyin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Naxçıvanda birinci yarımilliyin yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 25 iyul 2008 09:19 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasında 2008-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, MR Ali Məclisində keçirilən müşavirədə Ali Məclisin sədri Vasif Talıbov məruzə ilə çıxış edib. 6 ayı ərzində regionda bütün sahələrində artım və irəliləyişlərin olduğunu bildirən Ali Məclis sədri bu müddətdə ümumdaxili məhsul istehsalının (ÜDM) 310290000 manat təşkil etdiyini deyib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artım olduğunu bildirib. Onun sözlərinə görə, MR-da 81501000 manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan məhsuldan 21 faiz çoxdur. V. Talıbov regionda 250 növdə məhsul istehsal olunduğunu, yaradılmış yeni müəssisələr hesabına 82 növdə ərzaq, 139 növdə qeyri-ərzaq olmaqla 221 növ istehlak mallarına olan tələbatın tamamilə yerli istehsal hesabına ödənildiyini vurğulayıb, aparılan iqtisadi islahatlar nəticəsində MR-in Dövlət büdcəsinin gəlirlərinin 26 faiz artaraq 23 mln 234 min manat olduğunu bildirib. Məruzəsində çatışmazlıqlara da toxunan Ali Məclis sədri daxili bazarda süni qiymət artımının olduğunu, qara bazarlarda alqı-satqı əməliyyatlarının xarici valyutalarla aparılmasına hələ də rast gəlindiyini vurğulayıb, bu kimi nöqsanların aradan qaldırılması üçün əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verib. O, ümumilikdə 2008-ci ilin birinci yarısının yekunlarını qənaətbəxş qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR