Bank Of Baku

Abituriyentlər üçün ali məktəblərə ixtisas seçimi başlayıb

Abituriyentlər üçün ali məktəblərə ixtisas seçimi başlayıb
# 25 iyul 2008 10:20 (UTC +04:00)
APA-nın məlumatına görə, TQDK sədrinin müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında bildirib ki, ixtisas seçimi avqustun 5-dək davam edəcək. İxtisas seçimində I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, III ixtisas qrupunda isə 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidirlər. N. Babayev deyib ki, test imtahanının nəticəsinə əsasən 34346 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu gün saat 10.30-dək 1200 nəfər ixtisas seçimi üçün ərizəsini doldurub, onlardan 800-nün ərizəsi artıq təsdiqlənib.
Qeyd edək ki, bu il I ixtisas qrupu üzrə Azərbaycan bölməsinin (plan yeri 7143 ) 7807, rus bölməsinin (plan yeri 1025) 1247, II qrupun Azərbaycan bölməsinin (plan yeri 5164) 6291, rus bölməsinin (1141) 1358, III qrupun Azərbaycan bölməsinin (plan yeri 6514) 11030, rus bölməsinin (plan yeri 1067) 1501, IV qrupun Azərbaycan bölməsinin (plan yeri 2048) 4445, rus bölməsinin (plan yeri 316) 667 nəfər abituriyenti müsabiqədə iştirak edə biləcək. TQDK növbəti tədris ili üçün 265 adda ixtisas üzrə qəbul aparacaq. Onlardan 116 ixtisas I, 50 ixtisas II, 73 ixtisas III, 26 ixtisas isə IV qrupa aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR