Bank Of Baku

Avqustun 10-da texnikumlara ixtisas seçiminə başlanacaq

Avqustun 10-da texnikumlara ixtisas seçiminə başlanacaq
# 25 iyul 2008 10:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 10-dan 15-dək 2008-2009-cu tədris ili üçün orta ixtisas məktəblərinə orta təhsil bazası (11 illik) üzrə abituriyentlər üçün ixtisas seçimi aparacaq.
APA-nın məlumatına görə, TQDK sədrinin müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında bildirib ki, 2008-2009-cu tədris ili üçün orta təhsil bazasından orta ixtisas məktəblərinə 6386 plan yeri ayrılıb. Onların 3828-i I, 2012-i II, 546-ı III ixtisas qrupu üzrə ayrılıb. Abituriyentlər elektron ərizələrində orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali məktəblərin boş qalan plan yerlərinin ixtisaslarını da göstərə bilərlər. Bu siyahı isə “Abituriyent” jurnalının 6-cı sayında dərc olunacaq. İxtisas seçimi mərhələsində abituriyentlər ali məktəblərin və orta ixtisas məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilərlər. N. Babayev orta ixtisas məktəblərinə tələbə qəbulu üçün aparılacaq müsabiqədə müvafiq ixtisas qruplarının ümumi balı 50-dən az olmayan abituriyentlərin iştirak edə biləcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR