Bank Of Baku

“Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası” təsdiq edilib

“Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası” təsdiq edilib
# 25 iyul 2008 11:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası»nı təsdiq edib. Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, qaydalar ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardım göstərən orqanların akkreditasiya qaydasını, uşaqları övladlığa götürən əcnəbilərə hüquqi yardımın göstərilməsi şərtlərini müəyyən edir, övladlığa götürülmüş uşaqların həyatı ilə bağlı Azərbaycan dövlət orqanlarının məlumatlandırılması qaydasını, bu sahədə akkreditə edilmiş hüquqi şəxslərin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı məsələləri tənzimləyir.
Qaydalara görə, Azərbaycan ərazisində ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardımı akkreditə edilmiş orqanlar həyata keçirilə bilər. Akkreditə edilmiş orqanın fəaliyyəti qeyri-kommersiya xarakteri daşıyır, övladlığa götürmə ilə bağlı əsassız maliyyə qazancı və ya hər hansı başqa mənfəət əldə edə bilməz. Bu quruma yalnız övladlığa götürmə ilə bağlı xərclər, o cümlədən hüquqi yardımın göstərilməsi, işçilərin əməkhaqqı, sənədlərin tərtibatı, övladlığa götürülmüş uşaqların həyatı barədə məlumatların toplanılması üçün zəruri olan maliyyə vəsaitləri ödənilir. Akkreditə edilmiş orqanın övladlığa götürən şəxslərə göstərdiyi xidmətlərin dəyəri onlar arasında bağlanan müqavilə ilə müəyyən olunur. Akkreditasiya iki il müddətinə verilir.
Qaydalarda övladlığa götürən şəxslərin, akkreditə edilmiş orqanın hüquqları, övladlığa verilən uşaq barədə məlumatlar və s. əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR