Bank Of Baku

Ombudsman Aparatı və UNICEF uşaqlar üçün təlim kursu keçirib

Ombudsman Aparatı və UNICEF uşaqlar üçün təlim kursu keçirib
# 25 iyul 2008 14:33 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı UNICEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə uşaq hüquqlarının müdafiəsi sahəsində bilik və bacarıqların artırılması məqsədi ilə 5 günlük təlim kursu keçirib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Tədbirdə İnsan haqları üzrə müvəkkil Elmira Süleymanova maarifləndirici təlim kursunun əhəmiyyəti haqqında danışıb. Təlimin davam etdiyi günlərdə iştirakçılar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına, habelə uşaq tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayanlarla görüşüb, saxlanma şəraiti və onlara qarşı rəftarla tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR