Bank Of Baku

Azərbaycanda yeyinti məhsullarının istehsalı, satışı və saxlanması tələblərini pozan 253 obyektin fəaliyyəti dayandırılıb

Azərbaycanda yeyinti məhsullarının istehsalı, satışı və saxlanması tələblərini pozan 253 obyektin fəaliyyəti dayandırılıb
# 25 iyul 2008 14:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Respublikanın sanitariya epidemioloji xidməti orqanları bu ilin ilk altı ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laborator müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 722 müəssisənin sahibkarını inzibati qaydada cərimələyib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar 253 obyektin istismarı dayandırılıb, 251 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Hesabat dövründə orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 5720, mikrobioloji göstəricilərinə görə 3263, toksikoloji göstəricilərinə görə 594, radioloji göstəricilərinə görə 300 yeyinti məhsulunun nümunələri laborator müayinə edilib. Nümunələrin 103-də orqanoleptik və fiziki-kimyəvi, 73-də mikrobioloji, 6-da toksikoloji göstəricilərə görə normalardan kənara çıxma müəyyənləşib. Şadlıq evləri və restoranlardan götürülmüş 339 soyuq qəlyanaltı nümunəsinin 17-də, 22446 yaxma nümunəsinin isə 656-da mikrobioloji çirklənmə aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR