Bank Of Baku

Naxçıvanın Sədərək rayonunda əmək yarmarkası keçirilib

Naxçıvanın Sədərək rayonunda əmək yarmarkası keçirilib
# 26 iyul 2008 07:18 (UTC +04:00)
Naxçıvan. C .Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının (MR) Sədərək rayonunda əmək yarmarkası keçirilib. Rayon Məşğuluq Mərkəzinin direktoru Həsən Nəsirovun APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, yarmarkaya rayon ərazisində fəaliyyət göstərən 15-i dövlət, 1-i isə özəl olmaqla, 16 müəssisə və təşkilatdan 83 boş iş yeri çıxarılıb. Yarmarkanın keçirildiyi gün 12 nəfər daimi iş üçün göndəriş alıb. H. Nəsirov növbəti mərhələdə daimi işlə təmin olunanların sayının artacağının gözlənildiyini bildirib.
Qeyd edək ki, indiyədək MR-in Ordubad, Babək və Şərur rayonlarında keçirilən yarmarkalarda 150-dən artıq vətəndaş işlə təmin olunub. Yarmarkalar avqustun ilk ongünlüyünə qədər MR-in bütün bölgələrini əhatə edəcək.
Xatırladaq ki, yanvar-iyun aylarında Naxçıvan MR-in məşğulluq mərkəzlərində 1554 nəfər işsiz vətəndaş qeydiyyata alınıb. Bu müddət ərzində 1081 nəfər istehsalatın müxtəlif sahələri üzrə, 131 nəfər isə ictimai sahədə işlə təmin edilib. Bu müddət ərzində 64 nəfər peşə hazırlığı kursu keçib, 69 nəfər isə kvota yerinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR