Bank Of Baku

Tovuz və Qazax rayonlarından Azərbaycan Qadınlarının III Qurultayına nümayəndələr seçilib

Tovuz və Qazax rayonlarından Azərbaycan Qadınlarının III Qurultayına nümayəndələr seçilib
# 26 iyul 2008 07:39 (UTC +04:00)
Tovuz-Qazax. Nəzakət Məşədiəliqızı - APA. Tovuz rayonunda Azərbaycan Qadınlarının III Qurultayına hazırlıq məqsədilə toplantı keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə baş tutub. Toplantıda çıxış edən Q. Paşayeva qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda fəallıqlarını artırmasının vacibliyini bildirib: “Onlar qarşıdan gələn seçkilərdə həm özlərinin, həm də ailə üzvlərini aktiv iştirakını təmin etməlidirlər”.
Tədbirdə qurultay qabağı problemlər də müzakirə edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova regionlarda qadınların daha çox məişət zorakılığı, təhsildən yayınma, erkən nikah kimi problemlərlə üzləşdiyini bildirib. O, qadınların probleminin aradan qaldırılması məqsədilə əyalətlərdə ailələrə dəstək mərkəzinin yaradılacağını diqqətə çatdırıb.
Analoji tədbir Qazax rayonunda da keçirilib. Sentyabrda baş tutacaq qurultayda iştirak etmək üçün Tovuz və Qazax rayonlarının hər birindən 10 nümayəndə seçilib. Tədbirlərdən sonra Q. Paşayeva və S. Qəhrəmanova Tovuz rayonunun Ermənistanla sərhəd kəndlərində yaşayan qadınlarla görüşüb, onların problemləri ilə maraqlanıblar. Daha sonra onlar Qazaxın Ermənistanla sərhəddə yerləşən Alpout kəndində ambulator xəstəxananın təməlqoyma mərasimində iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR