Bank Of Baku

Bir neçə ölkənin birinci xanımları Azərbaycana gələcək

Bir neçə ölkənin birinci xanımları Azərbaycana gələcək
# 26 iyul 2008 09:19 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. Bu il sentyabr ayının 24-25-də Bakıda Gənclərin Məşğulluq Sammiti (Youth Employment Systems-YES) keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə 55-dən çox ölkədən 600-ə yaxın nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, nazirləri, ekspertləri, tarixçiləri dəvət olunub. Tədbirin əsas məqsədi gənclərin məşğulluq probleminin araşdırılması, fikir mübadiləsi və müzakirələr aparmaqdır. Tədbirin təşkilatçıları Azərbaycanın Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və YES Azərbaycan Şəbəkəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR