Bank Of Baku

“bp-Azərbaycan” şirkəti Kürdəmirdə ictimai sərmayə proqramına uyğun olaraq həyata keçirdiyi layihələrə baxış keçirib

“bp-Azərbaycan” şirkəti Kürdəmirdə ictimai sərmayə proqramına uyğun olaraq həyata keçirdiyi layihələrə baxış keçirib
# 26 iyul 2008 09:25 (UTC +04:00)
Kürdəmir. Zahid Abışov - APA. “bp-Azərbaycan” şirkəti jurnalistlərin iştirakı ilə Kürdəmirin Sığırlı və Karlar kəndində həyata keçirdiyi ictimai sərmayə proqramına uyğun olaraq həyata keçirdiyi layihələrə baxış keçirib. APA-nın Aran bürosunun məlumatına görə, Sığırlı kəndində elektrik enerjisi ilə işləyən su təmizləyici qurğuya baxılıb. Bu qurğu gün ərzində 50 ton su təmizləyə bilir. Ümumi dəyəri 34 962 manat olan bu layihədən 5640 nəfər faydalanır. Bununla yanaşı, Sığırlı kəndində 6000 manata başa gələn Təlim Mərkəzi də yaradılıb. Karlar kəndində isə Günəş enerjisi ilə işləyən su təmizləyici qurğuya baxış keçirilib. Bu layihənin ümumi dəyəri 23 min manatdır. Qurğu gün ərzində 23 ton su təmizləmək imkanına malikdir. Karlarda həyata keçirilən və 24 min büdcəsi olan ikinci layihə çərçivəsində isə 3270 metr uzunluğunda yol təmir edilib. Bu kənddə həm də usta yanında şagird kursları təşkil edilib. Layihələrə sərf edilən vəsaitlərin 25%-i icmalar tərəfindən maliyyələşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR