Bank Of Baku

Azərbaycanın prokurorluq orqanlarına işə qəbul üçün imtahan keçirilib

Azərbaycanın prokurorluq orqanlarına işə qəbul üçün imtahan keçirilib
# 26 iyul 2008 09:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın prokurorluq orqanlarında işləmək istəyən şəxslər üçün bu gün yazılı imtahan keçirilib. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevin APA-ya verdiyi məlumata görə, imtahan Azərbaycan Texniki Universitetinin idman zalında keçirilib. İmtahanı müvafiq komissiya götürüb. V. Əliyev bildirib ki, imtahanın birinci turu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılıb və ərizə vermiş 368 nəfərdən 193-ü ikinci tura keçə bilib. İmtahanların cavabları müvafiq komissiya tərəfindən yoxlanıldıqdan sonra bir neçə gün ərzində elan olunacaq. Nəticələr elan olunduqdan sonra üçüncü turun - şifahi imtahanların vaxtı təyin ediləcək.
Qeyd edək ki, prokurorluq orqanlarında 150 ştat vahidi üzrə müsabiqə elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR