Bank Of Baku

Azərbaycanın bölgələrindən birində çörək bahalaşıb

Azərbaycanın bölgələrindən birində çörək bahalaşıb
# 28 iyul 2008 07:25 (UTC +04:00)
Salyan rayonu ərazisində, Bakı-Astara yolunun 129-cu kilometrliyində yerləşən çörəkbişirmə sexinin müdiri Bəhruz Əkbərovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, artıq 14 gündür ki, verilən təbii qazın təzyiqi azaldığından mavi yanacaqla çörək bişirmək mümkün deyil. Çörək bişirilərkən dizel yanacağından istifadə olunur. Bu isə çörəyin maya dəyərinin artmasına səbəb olub. Sexdə hər gün 300-400 litr dizel yanacağı işləndiyindən, çörəyin satış qiyməti qaldırılıb. Əvvəl qiyməti 20 qəpik olan çörək indi 30 qəpiyə satılır. Bu sexdə hər gün 18-20 min çörək bişirilir. Sahibkar onu da bildirib ki, qaz, əsasən əhəng sexlərinə və kərpic zavoduna verilir. Salyan rayon Qaz İstismar İdarəsinin rəisi Namiq Nəcəfov isə APA-nın Mil-Muğan bürosuna qazın olmaması haqqında deyilənlərin əsassız olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR