Bank Of Baku

Bu gündən Bakı və Abşeron yarımadasında havanın temperaturu 2-3 dərəcə düşüb

Bu gündən Bakı və Abşeron yarımadasında havanın temperaturu 2-3 dərəcə düşüb
# 28 iyul 2008 08:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Cənub küləyinin istiqamətinin dəyişərək şimal küləyinə keçməsi ilə əlaqədar bu gündən Bakı və Abşeron yarımadasında havanın temperaturu 2-3 dərəcə düşüb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, hava şəraitinin dəyişməsi sabah daha çox hiss ediləcək. İyunun 29-dan həftənin sonuna kimi güclü şimal küləyi üstünlük təşkil edəcək. Həmin müddətdə Bakı və Abşeron yarımadasında günorta saatlarında havanın temperaturu 35 dərəcədən yüksək olmayacaq. Temperaturun enməsi daha çox Abşeron yarımadasında hiss ediləcək. Həftə ərzində Aran rayonlarında havanın temperaturu 38-39 dərəcə olacaq, gecə saatlarında isə respublikanın dağlıq və dağətəyi ərazilərində qısamüddətli leysan xarakterli yağışlar yağacaq, eyni zamanda, dolu düşəcəyi gözlənilir. Bununla əlaqədar dağ çaylarında sululuğun artacağı da istisna olunmur.
U. Tağıyeva bildirib ki, yay ayları ərzində Bakı və Abşeron yarımadasında ən isti gün dünən qeydə alınıb - 40 dərəcə. Bu temperatur normadan 5 dərəcə yüksək olsa da, rekord göstərici deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR