Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları 1 saylı istintaq təcridxanasında olublar

Ombudsman Aparatının əməkdaşları 1 saylı istintaq təcridxanasında olublar
# 28 iyul 2008 15:01 (UTC +04:00)
Bakı – APA. İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasında olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkilin nümayəndələri təcridxanada Ombudsmana müraciət etmiş şəxslərlə görüşüblər. Həmin şəxslər istintaq təcridxanasında saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini söyləyiblər, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını bildiriblər. Onlar barələrində istintaqın qeyri-obyektiv aparılmasından şikayətləniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR