Bank Of Baku

Moskvada əfsanəvi Azərbaycan geoloqu Fərman Salmanovun abidəsinin açılışı olub - FOTO

Moskvada əfsanəvi Azərbaycan geoloqu Fərman Salmanovun abidəsinin açılışı olub - <font color=red>FOTO</font>
# 29 iyul 2008 11:33 (UTC +04:00)
Moskva - APA. Moskvanın Vaqansk qəbiristanlığında Azərbaycanın əfsanəvi geoloqu Fərman Salmanovun qəbirüstü abidəsinin açılışı olub. APA-nın “Regions.ru”-ya istinadən verdiyi məlumata görə, F. Salmanovun doğum günündə - iyulun 28-də baş tutan açılış mərasimində onun doğmaları və yaxınları, həmçinin silahdaşları – tanınmış alimlər və istehsalatçılar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, F. Salmanov dünya geologiya tarixinə Qərbi Sibirdə 150-dək unikal neft-qaz yatağının kəşfi ilə düşüb. Onun kəşf etdiyi həmin yataqlar SSRİ-nin neft-qaz kompleksinin əsasını təşkil edib.
F. Salmanov Sosialist Əməyi Qəhrəmanı, Lenin və Qubkin mükafatları laureatı, Xantı-Mantiysk və Yamalo-Nen muxtar dairələrinin, Surqut şəhərinin, habelə ABŞ-ın Texas ştatının və Çinin Tzinçjou şəhərinin fəxri vətəndaşı olub. Əfsanəvi geoloq 2007-ci il martın 31-də Moskvada vəfat edib. İyulun 28-də onun 80 yaşı tamam olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR