Bank Of Baku

Ombudsman Astarada və Lənkəranda ictimai dinləmələr keçirib

Ombudsman Astarada  və Lənkəranda ictimai dinləmələr keçirib
# 29 iyul 2008 11:53 (UTC +04:00)
Astara. Ağəddin Babayev-APA. İyulun 29-da Astara Rayon İcra Hakimiyyətində (RİH) “İnsan hüquqları üzrə Milli Fəaliyyət planının tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər” mövzusunda ictimai dinləmələr keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yerli hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin, bələdiyyələrin və qeyri-hökumət təşkilatları nümayəndələrinin qatıldıqları tədbirdə Ombudsman Elmira Süleymanova çıxış edib. O, Azərbaycanda prezident seçkilərinə geniş hazırlıq işi aparıldığını, Milli Fəaliyyət Proqramına müvafiq olaraq dairə və məntəqə sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış treninq-seminarların keçirildiyini diqqətə çatdırıb. Ombudsmanın iştirakı ilə keçirilən analoji tədbir günün ikinci yarısında Lənkəran şəhərində gerçəkləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR