Bank Of Baku

Elçin Behbudov İnsan Alverinə Qarşı Mübarizə İdarəsində monitorinq keçirib

Elçin Behbudov İnsan Alverinə Qarşı Mübarizə İdarəsində monitorinq keçirib
# 29 iyul 2008 16:02 (UTC +04:00)
Bakı – APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsində olub. Hüquq müdafiəçisi APA-ya açıqlamasında idarənin müvəqqəti saxlama təcridxanasına (MST) baş çəkdiyini, hazırda orada 1 nəfərin saxlanıldığını bildirib. Həmin şəxs saxlanma şəraitindən narazılıq etməyib. E. Behbudov Binəqədi Dəmiryolu İdarəsində Nəqliyyatda Polis İdarəsinin MST-a baxış keçirdiyini deyib. MST-ın tam təmir olunduğunu deyən hüquq müdafiəçisi qeyd edib ki, hazırda orada heç kim saxlanılmır. Hüquq müdafiəçisi daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirib, orada saxlanılan “Lider-media” qəzetinin baş redaktoru Məmmədəli Qəribli və əməkdaşı Nizami Hacıyevlə görüşüb. Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə təqsirli bilinən hər iki şəxs 11 il müddətinə azadlıqdan məhrum olunduğunu, cəzasının 6 ilini çəkdiyini, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR