Bank Of Baku

Dünya Bankı fövqəladə hallar mərkəzlərinin yaradılmasında Azərbaycana yardım etmək istəyir

Dünya Bankı fövqəladə hallar mərkəzlərinin yaradılmasında Azərbaycana yardım etmək istəyir
# 30 iyul 2008 08:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə geniş əməkdaşlıq etməyə və bəzi layihələrin həyata keçirilməsinə yardım göstərməyə hazırdır. Bu barədə «APA-Economics»ə DB-nın Bakı nümayəndəliyindən məlumat verilib. «Dünya Bankının ötən həftə Bakıda səfərdə olan Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomson Fövqəladə Hallar Nazirliyində görüş keçirib. Görüş çərçivəsində təbii fəlakətin idarə olunması, fövqəladə hallar mərkəzlərinin ölkə üzrə şəbəkəsinin yaradılması və bir sıra digər məsələlər müzakirə olunub», - deyə nümayəndəlikdən bildirilib.
Nümayəndəlikdən onu əlavə ediblər ki, DB-nin fövqəladə hallar mərkəzlərinin şəbəkəsinin yaradılması üzrə təcrübəsi var. Belə ki, DB İstanbulda analoji mərkəzlərin yaradılmasında iştirak edib: «Bütün bu məsələlər hələ ilkin müzakirələr mərhələsindədir. Azərbaycan hökumətinin razılığından sonra bank bu işə yardım göstərməyə hazırdır».
DB, həmçinin Azərbaycanda həyata keçirilən «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi» layihəsi çərçivəsində FHN-ə radioaktiv tullantıların təmizlənməsi üçün 74 mln. ABŞ dolları ayıracaq. Bank ekoloji layihə üzrə əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR