Bank Of Baku

Sentyabrda Azərbaycan müəllimlərinin XIII qurultayı keçiriləcək

Sentyabrda Azərbaycan müəllimlərinin XIII qurultayı keçiriləcək
# 31 iyul 2008 11:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yeni dərs ilinin əvvəlində Bakıda - Heydər Əliyev adına Sarayda Azərbaycan müəllimlərinin XIII qurultayı keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qurultayda ölkədə aparılan təhsil islahatlarının gedişi, təhsilin inkişafı üzrə əldə olunmuş nailiyyətlərdən söz açılacaq, milli təhsil quruculuğu sahəsində qarşıda duran vəzifələr, mövcud problemlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.
Qurultaya hazırlıq işlərinin təşkili və yüksək səviyyədə keçirilməsinin təmin edilməsi məqsədilə artıq Təhsil Nazirliyində Təşkilat Komitəsi yaradılıb. Komitəyə qurultayın keçirilməsi üzrə tədbirlər planının hazırlanması ilə bağlı tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR