Bank Of Baku

Azərbaycan və Belarus arasında səhiyyə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan və Belarus arasında səhiyyə sahəsində əməkdaşlığa dair saziş imzalanıb
# 31 iyul 2008 11:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Belarusun səhiyyə naziri Vasili Yarkonun Azərbaycana rəsmi səfəri başlayıb. Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Oqtay Şirəliyev həmkarı ilə görüşündə son bir neçə ay ərzində 15-dən artıq azərbaycanlı həkim-mütəxəssisin Belarusa ezam olunduğunu xatırladıb. Hökumətin səhiyyə sisteminin inkişafını diqqətdə saxladığının deyən O. Şirəliyev bildirib ki, son illər dövlətin dəstəyi ilə regionlarda müasir standartlara cavab verən yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib və artıq Azərbaycanda ürək və böyrək köçürmələri kimi əməliyyatlar həyata keçirilir. Belarusun səhiyyə naziri isə vurğulayıb ki, ölkəsi səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır. Görüşün sonunda Azərbaycanla Belarus arasında səhiyyə sahəsində xüsusi əməkdaşlıq haqqında saziş imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR